Xəbərlər
ETİHİ Nərimanov Rayon Komitəsinin təşkilatçılığı ilə Xalq Təhsil Muzeyinin kollektivi Quba rayonunun füsunkar Təngəaltı istirahət məkanına səfər edib

ETİHİ Nərimanov Rayon Komitəsinin təşkilatçılığı ilə Xalq Təhsil Muzeyinin kollektivi Quba rayonunun füsunkar Təngəaltı istirahət məkanına səfər edib.
Təbiətin gözəllikləri ilə əhatə olunan bu səfər əməkdaşlar üçün həm istirahət etmək, həm də gündəlik iş mühitindən kənarda səmimi ünsiyyət qurmaq baxımından yaddaqalan olub. Birgə keçirilən xoş anlar kollektiv arasında həmrəyliyi daha da gücləndirib, yeni fəaliyyət dövrünə müsbət əhval-ruhiyyə ilə başlamaq üçün gözəl stimul yaradıb.
Təhsil tariximizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində əhəmiyyətli fəaliyyət göstərən Xalq Təhsil Muzeyinin əməkdaşlarına göstərdikləri fədakar əməyə görə təşəkkür edir, onlara möhkəm cansağlığı, xoş istirahət və yeni uğurlar arzulayırıq.
#QubaTəngəaltı #Kollektivİstirahəti #TəbiətləBaşBaşa #Yayİstirahəti #ETİHİNərimanovRK #ETİHİ #AHİK




