Xəbərlər
ETİHİ Nərimanov RK-nın tabeliyində fəaliyyət göstərən Məktəb-Lisey Kompleksində üzvlərimizə yubiley tədbiri keçirildi

Bu həftə ETİHİ Nərimanov RK-nın tabeliyində fəaliyyət göstərən Məktəb-Lisey Kompleksində üzvlərimizlə səmimi və faydalı görüş keçirdik.
Görüş zamanı həmkarlar ittifaqı təşkilatlarının əsas vəzifə və öhdəlikləri, üzvlər üçün yaradılan imkanlar və perspektivlər, eləcə də kollektiv müqavilələrin müəllim və digər əməkdaşlara verdiyi hüquq və fürsətlər barədə ətraflı məlumat verdik.
Bizim üçün həmkarlar ittifaqının əsas gücü yalnız gördüyü işlərdə deyil, üzvləri ilə birbaşa ünsiyyətdə, onların fikirlərini dinləməkdə və ehtiyaclarını yaxından bilməkdədir. Çünki güclü həmkarlar ittifaqı — üzvünün yanında olan həmkarlar ittifaqıdır.
Görüşümüzün ən duyğulu məqamlarından biri isə çalışmanın yaş həddinə çatmış ilk təşkilat üzvlərimizin təltif edilməsi oldu.
Onların illərini həsr etdikləri pedaqoji fəaliyyət yolu təkcə bir əmək tarixçəsi deyil, neçə-neçə şagirdin həyatına toxunan, zəngin təcrübə və xatirələrlə dolu böyük bir məktəbdir. Əziz həmkarlarımız keçdikləri pedaqoji həyat yolundan, yadda qalan hadisələrdən, şagirdlərindən və illərin onlara qazandırdığı dəyərli təcrübələrdən ürəkdolusu söhbət açdılar.
Görüşün sonunda ETİHİ Nərimanov RK olaraq Məktəb-Lisey Kompleksinin kollektivini 5 Oktyabr – Müəllimlər Günü münasibətilə təşkil edəcəyimiz səmimi səhər süfrəsinə dəvət etdik.
İnanırıq ki, bu görüş yalnız fikir və məlumat mübadiləsi deyil, həm də bir-birimizi daha yaxından tanıdığımız, həmkarlarımızın əməyinə və təcrübəsinə dəyər verdiyimizi göstərdiyimiz xoş bir görüş oldu.
Günün sonunda çəkdirdiyimiz kollektiv foto isə bu görüşün ən gözəl xatirəsinə çevrildi.
Biz birlikdə güclüyük!






