Xəbərlər
ETİHİ Nəsimi Rayon Komitəsi Zəfər Gününə həsr olunmuş şahmat yarışı keçirib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Nəsimi Rayon Komitəsinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş şahmat yarışı keçirilib.
Yarışda Nəsimi Rayon Komitəsinin üzv təşkilatlarında çalışan təhsil işçiləri iştirak ediblər. İntellektual mübarizə şəraitində keçən yarış iştirakçıların strateji düşünmə, diqqət və məntiqi təfəkkür bacarıqlarının nümayişi baxımından maraqlı olub.
Gərgin və maraqlı mübarizənin yekununda qaliblər müəyyənləşib:
- I yer – Mehdi Hüseynzadə adına 19 nömrəli tam orta məktəbin müəllimi Azər Abdullayev;
- II yer – Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəbin müəllimi Əli Behniya;
- III yer – Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbin müəllimi Hüseyn Əliyev;
- IV yer – Namiq Məmmədov adına 9 nömrəli tam orta məktəbin müəllimi Elvin Məmmədov.
Qeyd edək ki, bu kimi intellektual yarışların təşkili təhsil işçilərinin asudə vaxtının səmərəli keçirilməsi, onların həmkarlar arasında ünsiyyət və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, eləcə də sağlam rəqabət mühitinin formalaşdırılması baxımından əhəmiyyət daşıyır.
ETİHİ Nəsimi Rayon Komitəsi qalibləri təbrik edir, onlara gələcək fəaliyyətlərində və növbəti yarışlarda uğurlar arzulayır.


































