Xəbərlər
ETİHİ Netfçala Rayon Komitəsi səhhətində problemlər yaranmış ittifaq üzvlərinə baş çəkib

“Könüllü qonaq” layihəsi çərçivəsində ittifaq üzvlərimiz olan səhhətində müəyyən problemlər yaranmış M.Səfərov adına inteqrasiya təlimli internat tipli gimnaziyanın Azərbaycan dili və ədəbiyyat müəllimi İradə Heybətovanın və beyin şişi ilə mübarizə aparan və illərdir müalicə alan 36 yaşlı övladının səhhəti ilə yaxından maraqlanmaq üçün Yuxarı Qaramanlı kənd uşaq bağçasının əməkdaşı Nazənəm Salahovanın ailəsini ziyarət etdik.
Görüş zamanı ailələrlə yaxından maraqlandıq, mənəvi dəstəyimizi ifadə etdik və mükafatlar təqdim etdik. Ən əsası isə, bu çətin dönəmdə onların yanında olduğumuzu, tək olmadıqlarını hiss etdirdik.
Sonda üzvlərimiz göstərilən diqqət və qayğıya görə ETİHİ ailəsinə təşəkkürünü bildirdi.







