“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ-nin dəstəyi ilə inklüziv siniflərdə Novruz proqramı təşkil olundu

03/04/2026, 13:58
xeber1

Xırdalan şəhər 11 nömrəli tam orta məktəbdə inklüziv siniflərdə təhsil alan şagirdlər üçün Novruz bayramına həsr olunmuş tədbir keçirilib.


Tədbirin əsas məqsədi inklüziv təhsil alan şagirdlərə bayram sevincini yaşatmaq, onların cəmiyyətə inteqrasiyasını dəstəkləmək və diqqət-mərhəmət mühitini gücləndirmək olub. Bayram proqramı çərçivəsində uşaqların iştirakı ilə maraqlı çıxışlar və bayram ab-havasını əks etdirən səhnəciklər təqdim edilib.


Tədbirdə iştirak edən ETİHİ Abşeron Rayon Komitəsinin sədri Fəxrəddin Eyvazov şagirdləri Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edərək, onlara can sağlığı, uğurlar və xoşbəxt gələcək arzulayıb. O, belə tədbirlərin uşaqların sosial inkişafında və özünəinamının artmasında mühüm rol oynadığını vurğulayıb.


Sonda şagirdlərə bayram münasibətilə qiymətli hədiyyələr təqdim olunub. Bu diqqət və qayğı uşaqlar tərəfindən böyük sevinc və minnətdarlıq hissi ilə qarşılanıb.


Keçirilən tədbir şagirdlər üçün unudulmaz anlarla yadda qalıb, onların üzündə təbəssüm, qəlbində isə bayram sevinci yaradıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: