“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ-nin əməkdaşları SƏTƏM təlimində iştirak ediblər

26/01/2026, 17:10
xeber1

AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının dəstəyi ilə təhlükəsiz əmək mühitinin qurulmasına yönəlmiş beynəlxalq səviyyəli “IOSH Təhlükəsiz İdarəetmə” təlimi təşkil edilib. Təlimdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin 13 əməkdaşı iştirak edib.

 

Təlim proqramı iştirakçıların SƏTƏM sahəsində biliklərini artırmaq, risklərin idarə edilməsi, iş mühitində təhlükəsizlik mədəniyyətinin gücləndirilməsi və qabaqcıl təcrübələrin tətbiqi istiqamətində bacarıqlarını inkişaf etdirməyə xidmət edib.

 

Açılışda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektor vəzifəsini müvəqqəti icra edən Fərid Babayev beynəlxalq standartlara uyğun təşkil olunan təlimin məqsədinin əmək mühitində təhlükəsizlik və sağlamlığın qorunması, risklərin effektiv idarə edilməsi və müəssisələrdə təhlükəsizlik mədəniyyətinin gücləndirilməsi olduğunu bildirib.

 

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək iştirakçılara iş yerində risklərin qiymətləndirilməsi, təhlükəsizlik siyasətinin tətbiqi və fövqəladə hallarda görüləcək tədbirlər üzrə biliklərin artırılmasında uğurlar arzulayib.

 

Təlimi uğurla tamamlayan iştirakçılara beynəlxalq sertifikatlar təqdim edilib.

 

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı bu istiqamətdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə təhsil sahəsində çalışan ittifaq üzvlərinin təhlükəsiz şəraitdə işləməsi və iş yerlərində əməyin mühafizəsi üzrə təlimatlara ciddi əməl edilməsi məsələlərini diqqət mərkəzində saxlamağa çalışır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: