Xəbərlər
ETİHİ-nin rayon və şəhər komitələrinin təşəbbüsü ilə təhsil işçiləri üçün ölkədaxili turlar təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) rayon və şəhər komitələrinin təşəbbüsü ilə təhsil işçiləri üçün ölkəmizin regionlarına müxtəlif turlar təşkil olunub. Bu turlar iştirakçılara Azərbaycanın zəngin təbiətini, tarixi-mədəni irsini və turizm potensialını yaxından tanımaq imkanı yaratmaqla yanaşı, həmkarlar ittifaqı üzvüləri arasında ünsiyyətin genişlənməsinə, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verir.
Səfərlərin təşkilində əsas məqsəd elm və təhsil işçilərinin asudə vaxtlarını səmərəli və mənalı keçirmələrini təmin etmək, onlara gərgin tədris ilinin ardından keyfiyyətli istirahət imkanı yaratmaq, həmçinin zəngin təəssüratlarla yadda qalan xoş anlar bəxş etməkdir.





















