Xəbərlər
ETİHİ-nin yerli komitələrində 8 mart silsilə tədbirlərlə qeyd olunub
10/03/2026, 15:02

8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin şəhər və rayon komitələri tərəfindən silsilə tədbirlər təşkil olunub.
İttifaq üzvü olan xanım əməkdaşlara hədiyyə və təşəkkürnamələr təqdim olunub,onların təhsildəki rolu xüsusi vurğulanıb.
Eyni zamanda şəhid, qazi və veteran anaları diqqət və qayğı ilə ziyarət olunub, onlara bayram təbrikləri çatdırılıb.
Görüşlər zamanı qadınların cəmiyyətdəki daşıdığı missiya xüsusi vurğulanıb, onların fədakarlığı və həyat təcrübəsi böyük ehtiramla qeyd edilib.

































