Xəbərlər
ETİHİ Nizami rayon komandası stolüstü tennis yarışının qalibi olub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2026-cı il tarixli birgə qərarına əsasən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş idman yarışları davam edir.
Bu çərçivədə Bakı şəhəri Albert Aqarunov adına 154 nömrəli tam orta ümumtəhsil məktəbində stolüstü tennis üzrə yarışın ikinci mərhələsi keçirilib. Yarışın təşkili və gedişinə ETİHİ Respublika Komitəsinin Mədəni, kütləvi və idman işləri şöbəsinin aparıcı mütəxəssisi, Təşkilat Komitəsinin üzvü Nadir Əliyev nəzarət edib.
Yarışda Bakı şəhərinin 9 rayonu iştirak edib. Hər rayonu 2 kişi və 1 qadın olmaqla 3 nəfərlik komanda təmsil edib. ETİHİ Nizami Rayon Komitəsinin komandası aşağıdakı tərkibdə çıxış edib:
- Kamil Əliyev adına 61 nömrəli tam orta məktəbin müəllimi Mikayılov Zaur Bayram oğlu
- 242 nömrəli tam orta məktəbin hərbi rəhbəri Əliyev Elçin Novruz oğlu
- Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbin müəllimi Quliyeva Şəlalə Sabir qızı
Stolüstü tennis yarışı dairəvi sistem üzrə, rayonların iki yarımqrupa bölünməsi ilə təşkil olunub. Qrup mərhələsini uğurla başa vuran ETİHİ Nizami Rayon Komitəsinin komandası yarımfinala vəsiqə qazanıb. Yarımfinal mərhələsində ETİHİ Sabunçu Rayon Komitəsinin komandası üzərində qələbə qazanan Nizami təmsilçiləri finala yüksəlib.
Final görüşündə ETİHİ Xətai Rayon Komitəsinin komandası ilə qarşılaşan Nizami komandası 3 oyundan 2-də qalib gələrək stolüstü tennis yarışının qalibi olub.
Yarışın yekun nəticələrinə əsasən:
- I yer – ETİHİ Nizami Rayon Komitəsi
- II yer – ETİHİ Xətai Rayon Komitəsi
- III yer – ETİHİ Sabunçu Rayon Komitəsi
- IV yer – ETİHİ Qaradağ Rayon Komitəsi
Qeyd edək ki, keçirilən yarışların əsas məqsədi təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqi, idmana marağın artırılması və kollektivlər arasında əməkdaşlığın gücləndirilməsidir.







