“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Nizami Rayon Komitəsində 2026-cı ilin ilk beş ayının yekunlarına dair Rəyasət Heyətinin iclası keçirilib

26/05/2026, 13:58
xeber1

26 may 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin 2026-cı ilin ilk beş ayının yekunlarına dair Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir.

İclas Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Gündəlikdə duran məsələlərə uyğun olaraq 2026-cı ilin ilk beş ayı ərzində görülmüş işlər və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir. Komitə sədri S. Əsədov təhsil işçilərinin əmək və sosial hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərdən, yeni layihələrdən, elektron sənəd dövriyyəsinin tətbiqi və rəqəmsallaşma istiqamətində görülən işlərdən bəhs etmişdir.

Komitənin mühasibi Elvin Məhərrəmov tərəfindən 2026-cı ilin ilk beş ayı üzrə maliyyə hesabatı təqdim edilmiş, vəsaitlərin təyinatı üzrə istifadəsi və həyata keçirilən maliyyə tədbirləri barədə məlumat verilmişdir. Aparıcı mütəxəssis Tural Hacıyev isə təşkilati məsələlər, üzvlük işinin vəziyyəti və həyata keçirilən tədbirlərlə bağlı hesabatla çıxış etmişdir.

İclas zamanı ETİHİ Nizami Rayon Komitəsinin mütəxəssisi Möhbalıyeva Kəmalə tərəfindən sanatoriya-kurort yollayışlarının yeni qaydada verilməsi prosesi barədə iştirakçılara ətraflı məlumat çatdırılmış, müraciət mexanizmi və tətbiq edilən yeniliklər izah olunmuşdur.

Həmçinin üzv təşkilatlarda həyata keçirilən sosial dəstək tədbirləri, əmək mühafizəsi sahəsində görülən işlər, gənc müəllimlərlə işin təşkili və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılmış, iştirakçıların çoxsaylı sualları cavablandırılmışdır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: