“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Nizami Rayon Komitəsindən təbrik

12/06/2026, 16:20
xeber1

ETİHİ Nizami Rayon Komitəsinin üzv təşkilatlarından olan 32 nömrəli tam orta məktəbin ilk həmkarlar ittifaqı komitəsi (HİK) sədri Nəsibova Gülnarə Nadir qızının doğum günü münasibətilə komitə sədri Sübut Əsədov tərəfindən təbrik edilib.

Görüş zamanı Sübut Əsədov Gülnarə xanımı doğum günü münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı, ailə səadəti, uzun ömür və fəaliyyətində yeni uğurlar arzulayıb. Səmimi təbriklərin ardından yubilyara xatirə hədiyyəsi təqdim olunub.

Qeyd olunub ki, təhsil sahəsində uzun illər ərzində göstərilən səmərəli fəaliyyət, kollektivin inkişafına verilən töhfələr və həmkarlar ittifaqı işindəki fəallıq yüksək qiymətləndirilir.

ETİHİ Nizami Rayon Komitəsi Gülnarə xanıma sağlam, xoşbəxt və uğurlarla dolu illər arzulayır.

Sosial şəbəkələrdə paylaş: