“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Nizami Rayon Komitəsinin dəstəyi ilə 214 nömrəli tam orta məktəbin kollektivi üçün Quba–Qusar istiqamətində birgünlük istirahət-gəzinti proqramı təşkil olunub.

01/07/2026, 10:14
xeber1

Asudə vaxtın səmərəli təşkili və həmkarlar arasında ünsiyyətin daha da gücləndirilməsi məqsədilə keçirilən səfər iştirakçılar üçün xoş təəssüratlarla yadda qalıb.

Quba və Qusarın füsunkar təbiəti, saf dağ havası və gözoxşayan mənzərələri fonunda müəllim və əməkdaşlar həm istirahət edib, həm də gündəlik iş tempindən uzaqlaşaraq mənəvi rahatlıq əldə ediblər. Səfər ərzində keçirilən səmimi söhbətlər, birgə gəzintilər və xoş anlar kollektivdə həmrəylik və qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edib.

ETİHİ Nizami Rayon Komitəsi əməkdaşların sosial rifahının yaxşılaşdırılması, onların asudə vaxtının səmərəli təşkili və sağlam istirahətinin təmin olunmasını daim diqqətdə saxlayır. Bu istiqamətdə həyata keçirilən tədbirlər kollektivlərin motivasiyasının artırılmasına və daha məhsuldar fəaliyyət göstərməsinə mühüm töhfə verir.

İnanırıq ki, bu cür istirahət proqramları həmkarlarımızın yaddaşında xoş xatirə kimi qalacaq və onlara yeni iş dövrünə yüksək əhval-ruhiyyə və enerji ilə başlamaq üçün əlavə stimul verəcək.

ETİHİ Nizami Rayon Komitəsi olaraq bütün həmkarlarımıza möhkəm cansağlığı, xoş ovqat və fəaliyyətlərində davamlı uğurlar arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: