“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Nizami Rayon Komitəsinin dəstəyi ilə İsmayıllıya gəzinti təşkil olunub

25/05/2026, 16:43
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin dəstəyi ilə 3 saylı xüsusi ümumtəhsil məktəbinin kollektivi üçün 23 may 2026-cı il tarixində İsmayıllı rayonuna ekskursiya təşkil olunub.

Gəzintinin keçirilməsində əsas məqsəd təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkili, onların sosial rifahının yaxşılaşdırılması, kollektiv üzvləri arasında qarşılıqlı ünsiyyətin və həmrəyliyin gücləndirilməsi olub.

Ekskursiya iştirakçıları İsmayıllının füsunkar təbiəti, tarixi və mədəni məkanları ilə yaxından tanış olub, rayonun görməli yerlərini ziyarət ediblər. Səfər zamanı iştirakçılar üçün maraqlı istirahət proqramı təşkil edilib, onlara xoş və unudulmaz anlar yaşamaq imkanı yaradılıb.

Tədbir iştirakçıları göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin rəhbərliyinə təşəkkürlərini bildirərək, bu cür sosial layihələrin davamlı olmasının əhəmiyyətini vurğulayıblar.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: