“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Nizami Rayon Komitəsinin təşkilatçılığı ilə 201 nömrəli tam orta məktəbin kollektivi Qusara yola düşüb

22/06/2026, 16:14
xeber1

ETİHİ Nizami Rayon Komitəsinin təşkilatçılığı ilə üzv təşkilatımız olan 201 nömrəli tam orta məktəbin kollektivi üçün növbəti unudulmaz istirahət proqramı təşkil olunub.

Təbiətin füsunkar gözəlliyi ilə seçilən İsmayıllı rayonuna səfər edən müəllim və əməkdaşlarımız gündəlik iş qayğılarından uzaqlaşaraq, səmimi ünsiyyət, xoş anlar və yüksək əhval-ruhiyyə ilə dolu bir gün keçiriblər.

Bu istirahət həm də kollektivin birliyinin möhkəmlənməsi, həmkarlar arasında dostluq və qarşılıqlı dəstək münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli olub.

İnanırıq ki, belə tədbirlər əməkdaşlarımızın motivasiyasını artırır, yeni tədris ilinə daha yüksək enerji və ruh yüksəkliyi ilə başlamağa şərait yaradır.

Hər bir həmkarımıza xoş istirahət, möhkəm cansağlığı və yeni uğurlar arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: