Xəbərlər
ETİHİ Nizami Rayon Komitəsinin təşkilatçılığı ilə 31 Dekabr və Yeni il bayramı qeyd olunub

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin təşkilatçılığı ilə bayram tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin sədri Sübut Əsədov iştirakçıları ETİHİ sədri Araz Paşayevin adından səmimi-qəlbdən salamlayaraq 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, bu əlamətdar günlərin xalqımızın birlik və həmrəylik rəmzi olduğunu vurğulayıb.
Səmimi və isti ab-havada keçən bayram tədbiri ittifaq üzvlərini bir araya gətirərək qarşılıqlı hörmət və birlik duyğularını bir daha möhkəmləndirib. Tədbirdə çıxış edən ETİHİ sədrinin müavini Mirzə Cəfərzadə qonaqlara göstərilən diqqət və qayğıya görə ETİHİ Nizami Rayon Komitəsinə dərin minnətdarlığını bildirib.
Həmçinin bayram tədbirində Nizami Rayonunun ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və müəllimləri iştirak ediblər. Bu cür tədbirlər təhsil işçiləri arasında həmrəyliyin gücləndirilməsinə, işgüzar və səmimi münasibətlərin möhkəmləndirilməsinə öz töhfəsini verir.
Qeyd edək ki, bayram tədbiri iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanıb və xoş ovqat yaradıb. Elm və təhsil işçilərinin birlik və həmrəyliyinin nümayiş olunduğu bu kimi tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.












