“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Nizami Rayon Komitəsinin təşkilatçılığı ilə üzv təşkilatlar üçün bayram tədbiri keçirilib

30/12/2025, 09:12
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin üzv təşkilatları olan 13 №-li İOEUGİM, 10, 32 və 220 nömrəli tam orta məktəblərin pedaqoji kollektivləri üçün 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bayram tədbiri təşkil olunmuşdur. Tədbir ETİHİ Nizami Rayon Komitəsinin təşkilatçılığı ilə yüksək səviyyədə keçirilmişdir.

Bayram tədbiri səmimi və xoş ovqatlı ab-hava şəraitində baş tutmuş, iştirakçılar üçün əlamətdar və yaddaqalan olmuşdur. Tədbir zamanı ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayevin salamları və səmimi bayram təbrikləri iştirakçılara çatdırılmışdır. Çıxışlarda qeyd edilmişdir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik və həmrəyliyimizin rəmzi olmaqla, xalqımızın birliyini və dövlətçiliyimizin möhkəmlənməsini təcəssüm etdirir. Bu ali dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın üzərinə mühüm məsuliyyət qoyur.

Eyni zamanda, il ərzində təhsilin inkişafı, gənc nəslin bilik və bacarıqlarının artırılması istiqamətində fədakar fəaliyyət göstərən məktəb kollektivlərinin bütün üzvləri qarşıdan gələn bayramlar münasibətilə təbrik edilmişdir. Onlara gələcək fəaliyyətlərində yeni uğurlar, peşəkar nailiyyətlər, möhkəm cansağlığı və firavan həyat arzulanmışdır.

Tədbirin sonunda iştirakçılar göstərilən diqqət və qayğıya görə ETİHİ Nizami Rayon Komitəsinə minnətdarlıqlarını bildirmiş, bu cür tədbirlərin kollektivlər arasında həmrəyliyin və əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verdiyini vurğulamışlar.


Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: