“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Nizami Rayon Komitəsinin üzv təşkilatlarında 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunub

08/03/2026, 09:12
xeber1

ETİHİ Nizami Rayon Komitəsinin üzv təşkilatlarında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə silsilə tədbirlər təşkil olunub. Tədbirlərdə təhsil müəssisələrində çalışan xanım müəllimlər, tərbiyəçilər və digər qadın əməkdaşların cəmiyyətin inkişafında, xüsusilə gənc nəslin təlim-tərbiyəsində göstərdikləri fədakar əməyin əhəmiyyəti vurğulanıb.

Çıxış edənlər qeyd ediblər ki, qadınlar Azərbaycan cəmiyyətində hər zaman yüksək mövqeyə malik olub, elm, təhsil və digər sahələrdə böyük nailiyyətlər qazanaraq ölkənin tərəqqisinə mühüm töhfələr veriblər. Tədbirlər zamanı xanım müəllimlərə xoş arzular çatdırılıb, onların zəhməti yüksək qiymətləndirilib.

Sonda bir sıra fəal qadın ittifaq üzvləri təbrik olunub, onlara gül dəstələri və xatirə hədiyyələri təqdim edilib. Tədbirlər xoş və səmimi ab-hava şəraitində başa çatıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: