“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Nizami Rayon Komitəsinin üzvləri üçün “Qala: Atların Gücü və Sənətin Zərifliyi” adlı mədəni-maarifləndirici tur təşkil olunub

24/12/2025, 15:32
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü, ETİHİ Nizami Rayon Komitəsinin təşkilatçılığı ilə 2025-ci ildə 30 nəfərdən ibarət həmkarlar ittifaqı üzvü üçün “Qala: Atların Gücü və Sənətin Zərifliyi” adlı mədəni-maarifləndirici tur təşkil olunmuşdur.

Turun əsas məqsədi həmkarlar ittifaqı üzvlərinin asudə vaxtlarının səmərəli təşkili, milli-mədəni irsimizin tanıdılması, eyni zamanda kollektiv ünsiyyətin və sosial inteqrasiyanın gücləndirilməsi olmuşdur.

Tur proqramına uyğun olaraq iştirakçılar Əntiq Əşyalar Muzeyi, Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, Tullantılardan Səmərəli İstifadə Muzeyi, sənətkar emalatxanaları, mini zoopark, Qala qəsri və Atçılıq Mərkəzi ilə tanış olmuş, bu məkanların tarixi, funksional və mədəni əhəmiyyəti barədə ətraflı məlumat əldə etmişlər.

Tur “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin məsul əməkdaşı Mina xanımın rəhbərliyi ilə keçirilmiş, iştirakçılara Qala qəsəbəsinin tarixi, maddi-mədəni irsi və ənənəvi sənətkarlıq nümunələri haqqında geniş izahat verilmişdir.

Tədbirdə ETİHİ Nizami Rayon Komitəsinin aparat işçiləri, eləcə də rayon komitəsinin tabeliyində olan ilk təşkilatlarda fəaliyyət göstərən, həmkarlar ittifaqına üzv müəllimlər iştirak etmişlər.

Turun sonunda iştirakçılar üçün çay süfrəsi və yüngül nahar təşkil olunmuş, xatirə fotosessiyası keçirilmişdir. Tədbir iştirakçılar tərəfindən məmnunluqla qarşılanmış, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Araz Paşayevə bu cür mədəni-maarifləndirici tədbirin keçirilməsinə göstərilən dəstəyə görə təşəkkür ifadə olunmuşdur.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: