Xəbərlər
ETİHİ Nizami Rayon Komitəsinin Rəyasət Heyətinin növbəti iclası baş tutub

26 dekabr 2025-ci il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nizami Rayon Komitəsinin 2025-ci ilin yekunlarına dair Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir.
İclas Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Gündəlikdə duran məsələlərə uyğun olaraq il ərzində görülmüş işlər və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir. Komitə sədri S. Əsədov ETİHİ sədri cənab Araz Paşayevin salamlarını iştirakçılara çatdırmış, təhsil işçilərinin əmək və sosial hüquqlarının qorunması istiqamətində görülən işlərdən, yeni layihələrdən, xüsusilə sanatoriya-kurort yollayışlarının verilmə prosesinin sadələşdirilməsindən, elektron sənəd dövriyyəsinin tətbiqindən bəhs etmiş, iştirakçıların çoxsaylı suallarını cavablandırmışdır.
Gündəliyin müzakirəsi zamanı 2026-ci il üçün smeta təsdiq edilmiş, ictimai və sosial komissiyaların hesabatları dinlənilmiş, komissiyaların tərkibinə yeni üzvlər seçilmişdir.
Həmçinin Təftiş Komitəsinin sədri A. Qənbərova, Komitənin mühasibi E. Məhərrəmovun, Komitənin aparıcı mütəxəssisi T. Hacıyevin hesabatları dinlənilmiş və məqbul hesab edilmişdir.
Sonda ETİHİ sədrinin müşaviri Əlisa Qurbanov cənab Araz Paşayevin adından Nizami rayonunun təhsil ictimaiyyətini 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.












