“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ növbəti görüşünü Şərqi Zəngəzur regionu üzrə keçirib

03/12/2025, 12:18
xeber1

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi ilk həmkarlar ittifaqı təşkilatları ilə bölgələr üzrə silsilə görüşlərini davam etdirir. Növbəti görüş Şərqi Zəngəzur regionu üzrə təşkil olunub.


Bakı şəhəri 20 nömrəli məktəbdə keçirilən tədbir Şuşa, Laçın, Kəlbəcər, Xocavənd, Ağdam, Qubadlı, Cəbrayıl, Zəngilan və Füzuli Rayon Komitələrinin nəzdində fəaliyyət göstərən 280 ilk təşkilat sədrini bir araya gətirib.


Görüşdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavinləri Turanə Kərimova, Mirzə Cəfərzadə, komitənin məsul əməkdaşları və region üzrə nümayəndələr iştirak ediblər. Mirzə Cəfərzadə çıxışında AHİK-in sosial tərəfdaşlıq xəttinə uyğun olaraq əmək münasibətlərinin tənzimlənməsi sahəsində həmkarlar ittifaqlarının mühüm rolunu diqqətə çatdırıb. O, üzv təşkilatlarla birbaşa ünsiyyətin genişləndirilməsi, həmrəylik prinsipinin möhkəmləndirilməsi və ilk təşkilatlara sistemli dəstək göstərilməsi istiqamətində görülən işlərin ETİHİ Respublika Komitəsinin fəaliyyətində əsas yer tutduğunu vurğulayıb.


Görüş zamanı sosial müdafiə, maarifləndirmə, əmək münasibətləri və işçi hüquqlarının müdafiəsi üzrə həyata keçirilən layihələr haqqında məlumat verilib. İlk təşkilat sədrləri ilə qarşılıqlı fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydə alınıb.


ETİHİ Respublika Komitəsi regional görüşləri digər bölgələr üzrə də mərhələli şəkildə davam etdirir.


Qeyd edək ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi 405 mindən çox ittifaq üzvünü, 6 minə yaxın ilk və 147 üzv təşkilatı əhatə edir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: