“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ nümayəndələri Qırğızıstanda keçirilən regional seminarda iştirak ediblər

13/07/2026, 18:15
xeber1

8–10 iyul 2026-cı il tarixlərində Qırğızıstan Respublikasının İssık-Kul vilayətində Beynəlxalq Əmək Təşkilatının (BƏT) və Qırğızıstan Respublikasının Təhsil və Elm İşçiləri Həmkarlar İttifaqının Mərkəzi Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən "Təhsil işçilərinin hüquqlarının müdafiəsi: müasir şəraitdə həmkarlar ittifaqlarının rolu" mövzusunda regional seminarda ETİHİ nümayəndə heyətinin tərkibində Nərimanov Rayon Komitəsinin sədri də iştirak edib.

İnanırıq ki, bu cür beynəlxalq platformalarda əldə olunan təcrübə təhsil işçilərinin hüquq və mənafelərinin daha səmərəli müdafiəsinə, həmçinin həmkarlar ittifaqları arasında əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfə verəcək.

ETİHİ nümayəndə heyətinin tərkibində bu mötəbər beynəlxalq tədbirdə iştirak etmək imkanı yaratdığına və göstərilən yüksək etimada görə ETİHİ Respublika Komitəsinə Nərimanov Rayon Komitəsi adından dərin minnətdarlığımızı bildiririk!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: