Xəbərlər
ETİHİ Oğuz rayon komitəsində seminar keçirilmişdir

13 fevral 2026-cı il tarixdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Oğuz Rayon Komitəsində ilk həmkarlar təşkilatlarının sədrlərinin iştirakı ilə seminar keçirilmişdir.
Seminarda 2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran məsələlər müzakirə olunmuşdur. ETİHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov çıxış edərək 2025-ci ildə görülmüş işlər barədə geniş məlumat vermişdir.Eyni zamanda, 2026-cı ildə daha səmərəli fəaliyyət göstərməyi ilk həmkarlar təşkilatlarının sədrlərinin nəzərinə çatdırmışdır. Seminarda sənədlərlə işin təşkili vəziyyəti də müzakirə olunmuşdur.
İclasda çıxış edən ilk həmkarlar təşkilatlarının sədrləri 2026-cı ildə işlərini günün tələbləri səviyyəsində quracaqlarını qeyd etmişlər.




