“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Pirallahı Rayon Komitəsi İlk Həmkarlar Təşkilatının sədrini ən yaxşı və nümunəvi guşə hazırladığı üçün təltif edib.

30/12/2025, 12:51
xeber1

ETİHİ Pirallahı Rayon Komitəsinin təşəbbüsü ilə yaradılmış məlumatlandırıcı guşələr arasında keçirilən baxışın nəticələrinə əsasən ən yaxşı və nümunəvi guşə müəyyən edilib.

Baxış zamanı rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatlarda yaradılmış həmkarlar ittifaqı guşələrinin mövcud vəziyyəti qiymətləndirilib,onların dolğunluğu, sistemliliyi və maarifləndirici səviyyəsi nəzərə alınıb.

Keçirilən qiymətləndirmənin nəticəsinə əsasən 235 nömrəli məktəb İlk Həmkarlar Təşkilatının məlumatlandırıcı guşəsi ən yaxşı hesab edilərək təşəkkürnamə ilə təltif olunub.

İlk Həmkarlar Təşkilatının sədri Məmmədova Türkan Vaqif qızını bu münasibətlə təbrik edir,gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: