Xəbərlər
ETİHİ Pirallahı Rayon Komitəsi təhsil işçiləri arasında idman yarışlarının təşkili ilə bağlı iclas keçirib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Pirallahı rayonunun təhsil işçiləri arasında idman yarışlarının təşkili ilə bağlı iclas keçirilib.İclasda ilk həmkarlar təşkilatlarının sədrləri və idman müəllimləri iştirak edib, keçiriləcək yarışların məqsədi, təşkili qaydaları və proqramı ətrafında geniş müzakirələr aparılıb. Qeyd olunub ki, bu cür tədbirlər təhsil işçiləri arasında həmrəyliyin möhkəmləndirilməsinə, sağlam həyat tərzinin təbliğinə və kollektiv ruhun gücləndirilməsinə xidmət edir. Sonda qarşıdakı yarışların yüksək səviyyədə təşkili üçün müvafiq tapşırıqlar verilmiş və təşkilati məsələlərə aydınlıq gətirilib.






