Xəbərlər
ETİHİ Pirallahı rayon komitəsi tərəfindən 186 nömrəli məktəbdə ittifaq üzvləri ilə geniş tərkibli görüş keçirilib

ETİHİ Pirallahı rayon komitəsi tərəfindən 186 nömrəli məktəbdə ittifaq üzvləri ilə geniş tərkibli görüş keçirilib.Görüşün əsas məqsədi üzvlərlə birbaşa ünsiyyət qurmaq,onların sosial-rifah vəziyyəti, əmək şəraiti və digər aktual məsələlərlə bağlı fikir və təkliflərini dinləmək olub.Tədbirdə çıxış edən rayon komitəsinin nümayəndələri həmkarlar ittifaqının fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib, üzvlərin hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.Görüş zamanı ittifaq üzvləri tərəfindən səsləndirilən təklif və problemlər diqqətlə dinlənilib,qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımların atılacağı qeyd olunub.Eyni zamanda üzvləri maraqlandıran suallar cavablandırılıb,qarşılıqlı fikir mübadiləsi aparılıb.Sonda bu cür görüşlərin əhəmiyyəti vurğulanıb,gələcəkdə də mütəmadi olaraq keçirilməsinin vacibliyi qeyd edilib.







