Xəbərlər
ETİHİ Pirallahı Rayon Komitəsi tərəfindən AHİK plus layihəsi haqqında maarifləndirmə görüşlərinə başlanıb.

Pirallahı rayonunda yerləşən ümumi təhsil müəssisələrində fəaliyyət göstərən həmkarlar ittifaqı üzvləri ilə səmimi görüş keçirilib.Görüşün əsas məqsədi həmkarlar ittifaqı üzvlərini AHİK Plus layihəsi haqqında məlumatlandırmaq olub.Görüş zamanı layihənin mahiyyəti,üzvlər üçün yaratdığı imkan və üstünlüklər,eləcə də AHİK Plus platformasında qeydiyyatdan keçmə qaydaları və ondan necə yararlanmaq barədə iştirakçılara ətraflı məlumat verilib.Eyni zamanda iştirakçıları maraqlandıran suallar cavablandırılıb,layihənin həmkarlar ittifaqı üzvləri üçün təqdim etdiyi müxtəlif güzəştlər və imkanlar barədə geniş izahat verilib.Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib və iştirakçılar üçün maarifləndirici və faydalı olub.





