Xəbərlər
ETİHİ Pirallahı Rayon Komitəsi tərəfindən Bulaq körpələr evi–uşaq bağçasında çalışan ittifaqı üzvləri ilə yubiley münasibətilə görüş keçirilib.

Bu gün ETİHİ Pirallahı Rayon Komitəsi tərəfindən Bulaq körpələr evi–uşaq bağçasında çalışan, uzun illər təhsil sahəsində səmərəli fəaliyyəti ilə seçilən həmkarlar ittifaqı üzvləri — Biləndərli Şəhla Həsənəli qızı və Əskərova Nəzakət Bala-Ağa qızının yubileyi münasibətilə görüş keçirilib.
Səmimi və xoş atmosferdə baş tutan görüşdə yubilyarların kollektiv daxilindəki fəaliyyəti, uşaqların təlim-tərbiyəsində göstərdikləri zəhmət və illər boyu qazandıqları hörmət xüsusi vurğulanıb.Komitə sədri çıxış edərək onların məsuliyyətli, qayğıkeş və peşəsinə bağlı əməkdaşlar olduqlarını qeyd edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Yubilyarlara ETİHİ Pirallahı Rayon Komitəsi tərəfindən xatirə hədiyyələri təqdim olunub,ən xoş arzular çatdırılıb.
Biləndərli Şəhla Həsənəli qızını və Əskərova Nəzakət Bala-Ağa qızını yubileyləri münasibətilə bir daha təbrik edir, möhkəm can sağlığı, ailə səadəti və işlərində uğurlar arzulayırıq.





