“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Pirallahı Rayon Komitəsi tərəfindən gəzinti təşkil olunub.

23/12/2025, 15:41
xeber1

Həmkarlar ittifaqı üzvlərinin asudə vaxtlarının səmərəli təşkili, kollektiv daxilində sağlam münasibətlərin möhkəmləndirilməsi, mənəvi-psixoloji mühitin daha da yaxşılaşdırılması məqsədilə ETİHİ Pirallahı Rayon Komitəsi tərəfindən gəzinti təşkil olunub. Təşkil edilən bu gəzinti həmkar üzvlərinin gündəlik iş rejimindən kənarlaşaraq dincəlməsinə, istirahət etməsinə və bir-biriləri ilə daha yaxından ünsiyyət qurmasına şərait yaradıb.

Gəzinti proqramı çərçivəsində iştirakçılar təbiətin gözəlliklərindən zövq almış, maraqlı söhbətlər aparmış, kollektiv ruhunu gücləndirən müxtəlif fəaliyyətlərdə iştirak ediblər. Bu cür tədbirlər əməkdaşlar arasında həmrəyliyin artmasına, komanda işinin möhkəmlənməsinə və iş prosesində motivasiyanın yüksəlməsinə müsbət təsir göstərir.

Qeyd etmək lazımdır ki, həmkar üzvlərinin sosial rifahının yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili Həmkarlar İttifaqının əsas fəaliyyət istiqamətlərindən biridir. Gələcəkdə də bu kimi maarifləndirici, mədəni və istirahət yönümlü tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.Bu tədbirin yüksək səviyyədə təşkilinə göstərdiyi dəstəyə görə ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayevə dərin təşəkkürümüzü bildiririk.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: