Xəbərlər
ETİHİ Pirallahı Rayon Komitəsi tərəfindən iftar süfrəsi təşkil olundu.

Müqəddəs Ramazan ayının mübarək son günlərini yaşayırıq. Bu əziz günlərin mənəvi dəyərini bölüşmək məqsədilə ETİHİ Pirallahı Rayon Komitəsi tərəfindən səmimi bir iftar süfrəsi təşkil olundu.İftar süfrəsində ittifaq üzvlərimiz,şəhid ailəsi və din xadimi iştirak edərək bu müqəddəs anları birlikdə paylaşdılar. Rayon Komitəsinin sədri qonaqları səmimiyyətlə salamlayaraq hər kəsi Ramazan və qarşıdan gələn bayram münasibətilə təbrik etdi.Qonaqlar da öz növbəsində ürək sözlərini bölüşərək təşəkkür və minnətdarlıqlarını ifadə etdilər.Qoy bu mübarək Ramazan ayı hər birimizin həyatında xeyirli, savablı və saleh əməllərlə yadda qalsın, könüllərimizə nur, evlərimizə bərəkət gətirsin.








