“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Pirallahı Rayon Komitəsi tərəfindən ilk təşkilatlarda yaradılmış guşələrə baxış keçirilib

26/12/2025, 06:44
xeber1

ETİHİ Pirallahı Rayon Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatlarda həmkarlar ittifaqının fəaliyyəti ilə bağlı məlumatlandırıcı guşələr yaradılıb.Bu guşələrin əsas məqsədi həmkarlar ittifaqının fəaliyyəti, qarşıya qoyulan vəzifələr, üzvlərin hüquq və vəzifələri, eləcə də il ərzində görüləcək işlərin planlı şəkildə nümayiş etdirilməsidir.

Rayon Komitəsi tərəfindən yaradılmış guşələrə baxış keçirilib,mövcud vəziyyət yerində qiymətləndirilib. Baxış zamanı müəyyən edilib ki, bir sıra təşkilatlarda guşələrdə həmkarlar ittifaqının illik fəaliyyət planı, görüləcək tədbirlər, hesabatlar, normativ sənədlər və maarifləndirici materiallar dolğun və sistemli şəkildə öz əksini tapıb. Bu isə təşkilatlarda həmkarlar ittifaqı işinin şəffaflığının və fəallığının göstəricisidir.

Qeyd edək ki, keçirilən baxışların nəticələrinə əsasən ilin sonunda ən yaxşı və nümunəvi təşkil olunmuş həmkarlar ittifaqı guşəsinə malik olan təşkilat Rayon Komitəsi tərəfindən mükafatlandırılacaq.. Bu təşəbbüs təşkilatlar arasında sağlam rəqabətin formalaşmasına, həmkarlar ittifaqı işinin keyfiyyətinin yüksəldilməsinə və ictimai fəallığın artırılmasına töhfə verəcəkdir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: