“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Pirallahı Rayon Komitəsi tərəfindən Novruz bayramı münasibətilə təntənəli və yaddaqalan şənlik təşkil olunub

19/03/2026, 12:55
xeber1

ETİHİ Pirallahı Rayon Komitəsi tərəfindən Novruz bayramı münasibətilə təntənəli və yaddaqalan şənlik təşkil olunub. Tədbirdə ümumtəhsil məktəblərinin direktorları, təqaüdçü müəllimlər və digər təhsil işçiləri iştirak ediblər.

Tədbirin əvvəlində komitə sədri çıxış edərək qonaqları Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, bu əziz bayramın xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanmasında xüsusi rolunu vurğulayıb.

Şənlik zamanı qonaqlar üçün bayram abu-havasına uyğun olaraq “ən yaxşı şeir”, “ən yaxşı rəqs”, “ən gözəl musiqi” kimi müxtəlif kateqoriyalar üzrə maraqlı və əyləncəli müsabiqələr təşkil olunub. İştirakçılar böyük həvəslə çıxış edərək öz bacarıqlarını nümayiş etdiriblər. Kateqoriyalar üzrə fərqlənən iştirakçılar müxtəlif hədiyyələr və mükafatlarla təltif olunublar.

Bununla yanaşı, tədbirdə çay süfrəsi təşkil edilib, şən və ritmik musiqilər səsləndirilib, iştirakçılar birlikdə rəqs edərək bayram sevincini bölüşüblər. Səmimi və mehriban mühit tədbirə xüsusi rəng qatıb.

Sonda qonaqlar çıxış edərək təşkilatçılara təşəkkürlərini bildiriblər,bu cür tədbirlərin kollektiv arasında birlik və həmrəyliyi daha da möhkəmləndirdiyini qeyd ediblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: