Xəbərlər
ETİHİ Pirallahı Rayon Komitəsi tərəfindən yubiley təbriki olunub.
18/11/2025, 11:34

243 nömrəli tam orta məktəbin həmkarlar ittifaqı üzvü, uzun illər təhsil sahəsində səmərəli fəaliyyət göstərən Əliyeva Fəridə İslam qızının 60 illik yubileyi münasibətilə ETİHİ Pirallahı Rayon Komitəsi tərəfindən təbrik edilib.
Fəridə xanım pedaqoji fəaliyyətində peşəsinə olan sədaqəti, gənc nəslin formalaşmasında göstərdiyi fədakarlığı və yüksək məsuliyyəti ilə hər zaman həmkarlarına örnək olmuşdur.
ETİHİ Pirallahı Rayon Komitəsi Fəridə xanımı bu əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində uğurlar arzulayır.





