Xəbərlər
ETİHİ Pirallahı Rayon Komitəsi tərəfindən yubiley təltifi

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsi tərəfindən təhsil müəssisələrində uzun illər səmərəli fəaliyyət göstərən əməkdaşların əməyinin qiymətləndirilməsi və onların yubiley yaşlarının qeyd olunması ənənə halını alıb.
Bu münasibətlə bağça əməkdaşı Nuriyeva Həqiqət Əli qızı 60 illik yubileyi münasibətilə ETİHİ Pirallahı Rayon Komitəsi tərəfindən təltif olunub.
Təltif zamanı yubilyarın uzun illər ərzində təhsil müəssisəsində göstərdiyi məsuliyyətli və nümunəvi fəaliyyəti xüsusi qeyd olunub,ona gələcək həyatında möhkəm can sağlığı,uzun ömür və iş fəaliyyətində yeni uğurlar arzulanıb.
Pirallahı Rayon Komitəsi tərəfindən Həqiqət xanıma xatirə hədiyyəsi və fəxri fərman təqdim olunub.





