Xəbərlər
ETİHİ Pirallahı Rayon Komitəsində ilk həmkar təşkilatı sədrlərinin iştirakı ilə iclas keçirilib

ETİHİ Pirallahı Rayon Komitəsində ilk həmkar təşkilatı sədrlərinin iştirakı ilə iclas keçirilib.Görüşdə təhsil müəssisələrində həmkarlar ittifaqı fəaliyyətinin daha səmərəli təşkili, işçi hüquqlarının qorunması, əmək münasibətləri, sosial məsələlər və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.İclas zamanı həmkar təşkilatları arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb,təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb.Eyni zamanda təşkilati məsələlər, görüləcək işlər planı və gələcək layihələrlə bağlı təkliflər dinlənilib.Sonda qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və gələcək fəaliyyət istiqamətləri ilə bağlı müvafiq tapşırıqlar verilib.






