Xəbərlər
ETİHİ Qaradağ Rayon Komitəsi tərəfindən idman yarışları keçirilmişdir.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Qaradağ Rayon Komitəsində idman turniri keçirilib.
Bu turnirin keçirilməsi həm də Heydər Əliyevin sağlam gənclik və güclü cəmiyyət formalaşdırılması istiqamətində müəyyən etdiyi prinsiplərə uyğun olaraq fiziki aktivliyin təşviqi, kollektiv ruhun gücləndirilməsi və həmrəylik dəyərlərinin təbliğinə xidmət edir, eyni zamanda müəllim kollektivləri arasında dostluq münasibətlərinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyıb. Yarışlar zamanı iştirakçılar həm komanda ruhunu nümayiş etdirib, həm də idmanın birləşdirici gücünü ön plana çıxarıblar.
Basketbol, voleybol, futbol, stolüstü tennis, şahmat və dama üzrə keçirilən yarışlar maraqlı və gərgin mübarizə şəraitində baş tutub. Turnirin sonunda qaliblər müəyyən edilərək Qaradağ Rayon Komitəsi tərəfindən mükafatlandırılıblar.





















