“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Qaradağ RK 8 mart Beynəlxalq Qadınlar Günü tədbiri

06/03/2026, 21:46
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) dəstəyi ilə Qaradağ Rayon Komitəsi tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək,xatirəsini dərin ehtiramla yad ediblər

Tədbirdə Qaradağ Rayon Komitəsinin sədri Salman Salmanov və Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının sədr əvəzi Faiq Qurbanov çıxış ediblər.


  Salman Salmanov çıxışında qadınların cəmiyyətin inkişafında mühüm rol oynadığını vurğulayaraq, xüsusilə elm və təhsil sahəsində çalışan qadınların gənc nəslin formalaşmasındakı əvəzsiz xidmətlərini qeyd edib və onları bayram münasibətilə təbrik edib.


  Faiq Qurbanov isə çıxışında qadınların cəmiyyət həyatındakı fəallığından bəhs edərək, təhsil sahəsində çalışan xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


Çıxışlardan sonra bir sıra müəllimlər də qadın həmkarlarını təbrik ediblər. Tədbirə qatılan məktəblilər isə bayram münasibətilə şeir oxuyaraq qadınlara təbriklərini çatdırıblar.


Sonda bir qrup təhsil işçisinə Fəxri Fərmanlar və hədiyyələr təqdim olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: