Xəbərlər
ETİHİ Qaradağ RK-da Əməyin mühafizəsi günü ilə əlaqədar tədbirlər davam edir.
25/04/2026, 13:38

Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar olaraq, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə maarifləndirici tədbirlər davam edir.
Növbəti tədbir ETİHİ Qaradağ Rayon Komitəsinin üzv təşkilatı olan Bakı şəhəri 321 nömrəli tam orta məktəbdə keçirilmişdir. “Sağlam psixososial iş mühitinin yaradılmasını təmin edək!” mövzusuna həsr olunan tədbirin keçirilməsində məqsəd psixososial risklər barədə məlumatlılığın artırılması, sağlam iş və təhsil mühitinin formalaşdırılması və psixoloji rifahın qorunmasına dəstək göstərilməsi olmuşdur.







