“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Qax Rayon Komitəsi 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirdə iştirak edib

06/11/2026, 22:48
xeber1

ETİHİ Qax Rayon Komitəsinin üzv təşkilatı olan Qax şəhəri Vaqif Əliyev adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfər – qürurumuz, qələbəmiz!” adlı təntənəli tədbir keçirilib.Tədbirdə şəhid ailələrinin üzvləri, YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, Qax Rayon Təhsil Sektorunun müdiri Babək Heydərov və ETİHİ Qax Rayon Komitəsinin sədri Rubail Əfəndiyeva iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin bədii hissəsində məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlığı və tarixi Zəfərimizi əks etdirən ədəbi-bədii kompozisiyalar, musiqi nömrələri və rəqslər təqdim ediblər.Çıxışlar zamanı 8 Noyabr – Zəfər Gününün xalqımızın tarixindəki mühüm əhəmiyyəti, tarixi Qələbənin gələcək nəsillərə çatdırılması, milli-mənəvi dəyərlərin qorunması və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyi vurğulanıb.


Zəfərimiz əbədi, birliyimiz sarsılmaz olsun! Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: