“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Qax rayon komitəsi Güllük kənd tam orta məktəbinin kollektivi işğaldan azad olunmuş torpaqlara səfər edib

30/06/2026, 22:55
xeber1

ETİHİ Qax rayon komitəsinin dəstəyi ilə Güllük kənd tam orta məktəbinin kollektivi “Şəhərsalma və Memarlıq İli” çərçivəsində işğaldan azad olunmuş torpaqlara səfər edib.

Səfərin məqsədi pedaqoji kollektivin asudə vaxtının səmərəli təşkili, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, abadlıq və quruculuq işləri ilə yaxından tanışlıq, həmçinin Qarabağın yenidən dirçəliş prosesini yerində izləmək olub.

Səfər zamanı iştirakçılar Şuşa şəhəri və digər azad olunmuş ərazilərdə aparılan müasir infrastruktur layihələri, bərpa olunan tarixi-mədəni abidələr, yeni yaşayış məntəqələri və geniş quruculuq işləri ilə tanış olub, dövlətimizin həyata keçirdiyi inkişaf strategiyasını böyük qürur hissi ilə müşahidə ediblər.

Səfər iştirakçıları bu qürurverici səfərin təşkilində göstərilən diqqət və dəstəyə görə AHİK-ə, ETİHİ Respublika Komitəsinə və ETİHİ Qax rayon komitəsinə dərin təşəkkürlərini ifadə ediblər.

Kollektiv, xalqımıza Tarixi Zəfəri bəxş edən, Qarabağda və işğaldan azad olunmuş digər ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, abadlıq və quruculuq işlərinə rəhbərlik edən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını və ehtiramını bildirib.

Sonda Allahdan Vətən uğrunda canından keçən şəhidlərimizə rəhmət, qazilərimizə şəfa və möhkəm cansağlığı dilənib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: