“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Qax Rayon Komitəsi ittifaq üzvlərinin 65 illik yubileyləri qeyd olunub

30/09/2026, 22:57
xeber1

ETİHİ Qax Rayon Komitəsinin üzv təşkilatlarında çalışan ittifaq üzvlərinin 65 illik yubileyləri münasibətilə tədbir keçirilib.

Əmbərçay kənd uşaq bağçasında çalışan texniki işçi Məmmədova Şəfiqə Səfər qızı və Zəyəm kənd uşaq bağçasında çalışan texniki işçi İsmayılov Canbulad Abdulla oğlunun əlamətdar yubileyləri münasibətilə təşkil olunan tədbirdə onların uzunillik əmək fəaliyyətindən, kollektivdə qazandıqları hörmətdən və məsuliyyətli əməyindən söz açılıb.

Tədbirdə çıxış edənlər hər iki ittifaq üzvünü 65 illik yubileyləri münasibətilə təbrik edərək, onlara möhkəm can sağlığı, uzun və mənalı ömür, ailə səadəti və xoşbəxtlik arzulayıblar.

Tədbir çərçivəsində ETİHİ Qax Rayon Komitəsi tərəfindən Məmmədova Şəfiqə Səfər qızına və İsmayılov Canbulad Abdulla oğluna fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.

Sonda hər iki əməkdaşa gələcək fəaliyyətlərində uğurlar, ailə həyatında firavanlıq və yeni nailiyyətlər arzulanıb.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: