“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Qax rayon komitəsi ittifaq üzvlərinin yubileyi qeyd olunub

01/04/2026, 03:22
xeber1

Qax rayon Natiq Heydərov adına Lələpaşa kənd ümumi orta ümumtəhsil məktəbində müəllim Sevil Bayramova və texniki heyət üzvü Səadət Məmmədovanın 65 illik yubileyi münasibətilə tədbir təşkil olunub.

Tədbirdə ETİHİ Qax rayon komitəsi nümayəndələri və məktəb kollektivi iştirak edib. Çıxış edənlər yubilyarların uzun illər təhsil sahəsində göstərdikləri səmərəli fəaliyyəti, kollektivdə qazandıqları nüfuzu və gənc nəslin yetişdirilməsindəki xidmətlərini yüksək qiymətləndiriblər.

Bildirilib ki, onların peşəkarlığı və əməyə məsuliyyətli yanaşması digər əməkdaşlar üçün nümunədir.

Sonda ETİHİ Qax rayon komitəsi tərəfindən yubilyarlara xatirə hədiyyələri təqdim olunub, onlara möhkəm can sağlığı, uzun ömür və gələcək həyatlarında uğurlar arzulanıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: