Xəbərlər
ETİHİ Qax Rayon Komitəsi ittifaq üzvünün 65 illik yubileyi münasibətilə tədbir keçirilib.

ETİHİ Qax Rayon Komitəsinin üzv təşkilatı olan Alatəmir kənd uşaq bağçasının tərbiyəçi-müəllimi Tartaraşvili Liana Abesalamovnanın 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə yubilyarın həyat və əmək fəaliyyətindən bəhs olunub, onun uzun illər ərzində məktəbəqədər təhsil sahəsində göstərdiyi səmərəli xidmətlər, uşaqların təlim-tərbiyəsindəki rolu, peşəsinə sədaqəti və pedaqoji təcrübəsi xüsusi vurğulanıb.
Qeyd edilib ki, məktəbəqədər təhsil uşaqların şəxsiyyət kimi formalaşmasında, intellektual, fiziki, sosial və mənəvi inkişafında mühüm əhəmiyyət daşıyır. Məhz bu mərhələdə uşaqlarda ilkin bilik və bacarıqlar, ünsiyyət mədəniyyəti, kollektivdə davranış qaydaları və milli-mənəvi dəyərlərə hörmət hissi formalaşır. Bu baxımdan tərbiyəçi-müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Onların qayğısı, diqqəti və peşəkarlığı uşaqların gələcək inkişafına mühüm təsir göstərir.
Liana Tartaraşvilinin uzun illər ərzində bu şərəfli və məsuliyyətli sahədə çalışması, balacaların təlim-tərbiyəsinə verdiyi töhfələr və peşəsinə bağlılığı yüksək qiymətləndirilib.
Yubiley münasibətilə Liana Abesalamovna təbrik olunub, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, firavanlıq və gələcək həyatında xoş günlər arzulanıb.
ETİHİ Qax Rayon Komitəsi olaraq Liana Abesalamovnanı 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona sağlam, xoşbəxt və sevinc dolu ömür arzulayırıq!




