“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Qax rayon komitəsi ittifaq üzvünün 65 illik yubileyi qeyd olunub.

21/09/2026, 00:47
xeber1

ETİHİ Qax Rayon Komitəsinin üzv təşkilatı olan Qax şəhər Etibar Babayev adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin ittifaq üzvü, uzun illər fizika fənnini tədris etmiş Xanbəyim Qadaşovanın 65 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Xanbəyim müəllimənin uzun illər ərzində təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyət, fizika fənninin tədrisinə verdiyi töhfələr, peşəsinə sədaqəti, kollektivdə qazandığı hörmət, eləcə də gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlər yüksək qiymətləndirilib.

Bildirilib ki, Xanbəyim müəllimə pedaqoji fəaliyyəti dövründə öz zəngin təcrübəsi, məsuliyyətli və nümunəvi fəaliyyəti ilə həmkarlarının və şagirdlərinin hörmətini qazanıb.

Tədbir çərçivəsində ETİHİ Qax Rayon Komitəsi tərəfindən yubilyara fəxri fərman və xatirə hədiyyəsi təqdim olunub.

Hörmətli ittifaq üzvümüz Xanbəyim müəlliməni 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun və mənalı ömür, ailə səadəti, xoşbəxtlik və gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: