Xəbərlər
ETİHİ Qax rayon komitəsi ittifaq üzvünün yubileyi qeyd olunub
03/04/2026, 01:33

Arif Abbasov adına Turaclı kənd tam orta ümumtəhsil məktəbinin təsərrüfat müdiri Nurəddin Əhmədov əmək fəaliyyətinin yaş həddinə çatması və 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyətə, kollektiv arasında qazandığı hörmət və nüfuza görə Nurəddin Əhmədova ETİHİ Qax rayon komitəsi tərəfindən Fəxri fərman və xatirə hədiyyəsi ilə təltif olunub. Çıxış edənlər onun məsuliyyətli, zəhmətkeş və nümunəvi fəaliyyətini yüksək qiymətləndirmiş, ona möhkəm cansağlığı, uzun ömür və bundan sonrakı həyatında uğurlar arzulayıb.
Sonda göstərilən diqqət və qayğıya görə ETİHİ Qax rayon komitəsinə təşəkkür edilib.







