“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Qax Rayon Komitəsi ittifaqı üzvlərinin 65 illik yubileyləri qeyd olunub

07/08/2026, 08:07
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Qax Rayon Komitəsi tərəfindən həmkarlar ittifaqı üzvləri – 1 nömrəli uşaq bağçasının əməkdaşı Qədirli Kəmalə Niyazi qızının və 3 nömrəli uşaq bağçasının əməkdaşı Mahmudova Surə Sadıx qızının 65 illik yubileyləri münasibətilə tədbir keçirilib.

Səmimi ab-havada keçən görüşdə yubilyarlar 65 illik yubileyləri münasibətilə təbrik olunub, onlara ən xoş arzular çatdırılıb. Bildirilib ki, uzun illər təhsil sahəsində vicdanla çalışan hər iki həmkarlar ittifaqı üzvü öz peşəkarlığı, zəhməti və məsuliyyətli fəaliyyəti ilə kollektivin hörmətini qazanıb, gənc nəslin təlim-tərbiyəsinə mühüm töhfələr verib.

Qeyd olunub ki, təhsil işçilərinin əməyinin dəyərləndirilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi və əlamətdar günlərinin diqqətdə saxlanılması ETİHİ Qax Rayon Komitəsinin fəaliyyətində mühüm istiqamətlərdən biridir.

Yubilyarların uzunillik səmərəli fəaliyyəti və təhsil sahəsinin inkişafına verdikləri töhfələr yüksək qiymətləndirilərək ETİHİ Qax Rayon Komitəsi tərəfindən onlara Fəxri fərman və xatirə hədiyyələri təqdim edilib.

Tədbirin sonunda yubilyarlara möhkəm cansağlığı, ailə səadəti və gələcək həyatlarında yeni uğurlar arzulanıb, xatirə şəkli çəkdirilib.Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Qax Rayon Komitəsi tərəfindən həmkarlar ittifaqı üzvləri – 1 nömrəli uşaq bağçasının əməkdaşı Qədirli Kəmalə Niyazi qızının və 3 nömrəli uşaq bağçasının əməkdaşı Mahmudova Surə Sadıx qızının 65 illik yubileyləri münasibətilə tədbir keçirilib.

Səmimi ab-havada keçən görüşdə yubilyarlar 65 illik yubileyləri münasibətilə təbrik olunub, onlara ən xoş arzular çatdırılıb. Bildirilib ki, uzun illər təhsil sahəsində vicdanla çalışan hər iki həmkarlar ittifaqı üzvü öz peşəkarlığı, zəhməti və məsuliyyətli fəaliyyəti ilə kollektivin hörmətini qazanıb, gənc nəslin təlim-tərbiyəsinə mühüm töhfələr verib.

Qeyd olunub ki, təhsil işçilərinin əməyinin dəyərləndirilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi və əlamətdar günlərinin diqqətdə saxlanılması ETİHİ Qax Rayon Komitəsinin fəaliyyətində mühüm istiqamətlərdən biridir.

Yubilyarların uzunillik səmərəli fəaliyyəti və təhsil sahəsinin inkişafına verdikləri töhfələr yüksək qiymətləndirilərək ETİHİ Qax Rayon Komitəsi tərəfindən onlara Fəxri fərman və xatirə hədiyyələri təqdim edilib.

Tədbirin sonunda yubilyarlara möhkəm cansağlığı, ailə səadəti və gələcək həyatlarında yeni uğurlar arzulanıb, xatirə şəkli çəkdirilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: