“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Qax Rayon Komitəsi tərəfindən 65 illik yubiley münasibətilə tədbir keçirilib

20/10/2026, 17:38
xeber1

ETİHİ Qax Rayon Komitəsinin üzv təşkilatı olan Nizami Gəncəvi adına İlisu kənd tam orta ümumtəhsil məktəbinin ittifaq üzvləri — ocaqçı vəzifəsində çalışan İbrahimov Vaqif Salam oğlunun və gözətçi vəzifəsində çalışan Kərimov Həsil Məmmədsəid oğlunun 65 illik yubileyləri münasibətilə tədbir keçirilib.

Tədbirdə yubilyarların uzunillik əmək fəaliyyəti, vəzifə öhdəliklərinə məsuliyyətli yanaşmaları, zəhmətkeşlikləri və kollektiv arasında qazandıqları hörmət və nüfuz diqqətə çatdırılıb. Qeyd olunub ki, onların öz vəzifələrini vicdanla yerinə yetirmələri və əmək fəaliyyətinə məsuliyyətli münasibətləri təqdirəlayiqdir.

Tədbirdə çıxış edənlər yubilyarları 65 illik yubileyləri münasibətilə təbrik edərək, onlara möhkəm can sağlığı, uzun və mənalı ömür, ailə səadəti, firavanlıq və xoşbəxtlik arzulayıblar.

Sonda ETİHİ Qax Rayon Komitəsi tərəfindən İbrahimov Vaqif Salam oğluna və Kərimov Həsil Məmmədsəid oğluna yubileyləri münasibətilə fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: