Xəbərlər
ETİHİ Qax Rayon Komitəsi tərəfindən ilk həmkar təşkilatı sədri təltif edilib
19/02/2026, 01:27
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax Rayon Komitəsi tərəfindən 65 yaşını tamamlamış təhsil işçisi mükafatlandırılıb.
Qax şəhər V.Əliyev adına 3 nömrəli ümumitəhsil məktəbinin ilk həmkar təşkilatının sədri Züleyxa Məmmədova pedaqoji sahədə göstərdiyi səmərəli, məsuliyyətli və nümunəvi fəaliyyətinə, eləcə də gənc nəslin formalaşmasında göstərdiyi dəyərli xidmətlərinə görə ETİHİ Qax Rayon Komitəsi tərəfindən hədiyyə və diplomla təltif olunub.
Züleyxa müəlliməyə gənc nəslin tərbiyəsində göstərdiyi əvəzsiz fəaliyyətinə görə təşəkkür edir, ona möhkəm cansağlığı, uzun ömür və gələcək həyatında yeni uğurlar arzulayırıq.



