“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ETİHİ Qax Rayon Komitəsi tərəfindən ittifaq üzvləri ilə səyyar görüşlər davam edir

04/11/2025, 03:10
xeber1

ETİHİ Qax Rayon Komitəsinin ittifaq üzvləri ilə səyyar görüşlər davam edir. Növbəti görüş 05 noyabr 2025-ci il tarixində Qax şəhər 5 nömrəli körpələr evi–uşaq bağçasında keçirilib.

Görüşdən əvvəl müəssisənin ilk həmkarlar təşkilatının sədri Əntiqə Sultanovanın təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir təşkil olunub.Tədbir körpə fidanların hazırladığı bədii kompozisiyalar, şeir və səhnəciklərlə müşayiət olunub.

Tədbirdən sonra ETİHİ Qax Rayon Komitəsinin sədri Rübail Əfəndiyeva ittifaq üzvləri ilə görüşərək fikir mübadiləsi aparılıb.

Həmkarlar ittifaqının əsas fəaliyyət istiqamətləri, sosial müdafiə tədbirləri, üzvlərin hüquq və mənafelərinin qorunması, eləcə də əmək şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər barədə məlumat verib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: