Xəbərlər
ETİHİ Qax rayon komitəsi tərəfindən ittifaq üzvünün yubileyi qeyd olunub.
23/04/2026, 13:26

R.İbrahimov adına Cəlayir kənd tam orta ümumtəhsil məktəbdə İttifaq üzvü olan Heydərova Tükəz Qədir qızının əmək fəaliyyətinin yaş həddinə çatması və 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə ETİHİ Qax rayon komitəsi tərəfindən yubilyar Fəxri fərman və xatirə hədiyyəsi ilə təltif olunub. Çıxış edənlər onun uzun illər ərzində göstərdiyi məsuliyyətli, zəhmətkeş və nümunəvi fəaliyyətini yüksək qiymətləndirərək möhkəm cansağlığı, uzun ömür və bundan sonrakı həyatında uğurlar arzulayıblar.
Sonda yubilyar göstərilən diqqət və qayğıya görə ETİHİ Qax rayon komitəsinə təşəkkürünü bildirib.








