Xəbərlər
ETİHİ Qax rayon komitəsi tərəfindən ittifaq üzvünün yubileyi qeyd olunub.

ETİHİ Qax rayon komitəsinin iştirakı ilə Qax şəhəri Vaqif Əliyev adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini, dəyərli pedaqoq Raisa Yeqorovnanın 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə yubilyar səmimi sözlərlə təbrik olunub, onun uzunillik pedaqoji fəaliyyəti, təhsil sahəsindəki xidmətləri və gənc nəslin yetişdirilməsindəki əvəzsiz rolu yüksək qiymətləndirilib.
Eyni zamanda ETİHİ Qax rayon komitəsi tərəfindən Raisa müəllimə fəxri fərman və xatirə hədiyyəsi ilə təltif olunub.
Çıxış edənlər ona möhkəm can sağlığı, uzun ömür və gələcək həyatında uğurlar arzulayıblar.
Sonda yubilyar göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.









